IJHE Üye Girişi International Journal Of Humanities and Education (Member Login)

Username: Password : Şifremi Unuttum Forgot your password?

Article Detail


Başlık: Azərbaycan Ədəbiyyatında İstiqlal İdeyasının Formalaşmasında Ədəbi Məclislərin Rolu
Title: The Role of Literary Assemblies In the Formation of the Ideas of Independence in the Azerbaijan Literature
Author(s) : Tənzilə RÜSTƏMXANLI
Category : Beşeri Bilimler
Type : Telif
Issue : Cilt/Volume:5 Sayı/Issue:10
Page : 340-354



Özet

XIX əsrin əvvəlində Rusiyanın işğalçılıq siyastinə qarşı xalqın müqavimət və dirənişi ilə başlanmış intibah əsrin ikinci yarısından etibarən türk milli təfəkküründəki istiqlal ideyasının Avropa maarifçilik və tənqidi realizm baxışları ilə sintezi nəticəsində Azərbaycanda özünəməxsus, Şərqdə və Qərbdə analoqu olmayan, Azərbaycan “fərdiyyətçiliyini özündə ehtiva edən” islam-türk-Avropa məzmunlu bir demokratik hərakat formalaşdırdı. Azərbaycan nə Şərqdəki radikal islam mahiyyətli müstəqillik hərəkatlarını, nə Qərbdəki millətçi və millətçi olduğu qədər ateist və Qərb kosmopolitizm ruhlu kommuna ideyalarına köklənmiş inqilabi çevirilişlər yolunu öz müstəqil dövlətçilik arzularına ideal seçməmişdi. Aərbaycan tam fərqli, onun fərdiliyini, özünəməxsusluğunu açıq şəkildə ifadə edən, aydınlarının, o cümlədən ədəbiyyatının, tarixinin, fəlsəfəsinin ruhundan gələn humanist, insani dəyərləri cəmiyyət həyatında aparıcı qüvvəyə çevirmək amacında olan bir dövlət uğrunda əməli fəaliyyət meydanına gəlib çıxmışdı. Mirzəbala Məmmədzadə “Azərbaycan milli xartiyası” adlı məqaləsində həmin yolun yolçularının əvəzsiz xidmətlərini aşağıdakı kimi qeyd etmişdir:"Azərbaycan milli xartiyasının xülasəsi, istiqlal fikrinin təsisində Vaqifdən tutmuş Cavidə qədər, Zakirdən başlamış Cavada qədər, Mirzə Fətəlidən Üzeyirə kimi, "Əkinçi"dən "Azərbaycan”a və "Yeni Qafqaziya”ya"dək hər birinin olduqca böyük rolu və dəyəri olmuşdur. XIX əsrdə istiqlal ideyasının inkişafı, milli şüura hakim kəsilməsi və müstəqil dövlətçiliyə istiqamətlənməsi bir sıra ciddi hadisələrlə şərtlənmişdir. Onlardan biri Azərbaycan dilinin fars və ərəb dillərindən qabağa keçməsi: həm tədris prosesində, həm dərsliklərdə, həm bədii ədəbiyyatda, həm də yeni meydana çıxan mətbu nümunələrdə öz yerini tutması idi. Digər bir məqam isə, XIX əsrin ikinci onilliyindən başlayaraq formalaşan,ictimai şüur, milli özünüdərk prosesi üzərində öz ciddi təsirini qoyan və çarizmin apardığı ruslaşdırma, xristianlaşdırma siyasətinə qarşı bir müqavimət mərkəzi kimi təşəkkül tapan ədəbi məclislərin fəaliyyət şəbəkəsinin getdikcə genişlənməsi, təkcə qələm əhlini deyil, elmə, maarifə həvəsi olan hər kəsi öz cərgəsində birləşdirərək ictimai fikrin flaqmanına çevrilməsi idi. Nədənsə XIX əsrdə istiqlal ideyasının formalaşması barədə yazan müəlliflərin çox az qismi həmin proseslərdə bu ədəbi məclislərin roluna toxunmuş, əksər halda isə, onları klassik əruzçuluq, ictimai həyatdan uzaq mühafizəkarlıq ocaqları kimi təqdim etmişlər. Əslində isə, XIX əsr istiqlal ideyası ya bu məclislərdə meydana çıxmış, ya da bu məclislərdə fəaliyyət göstərmiş insanların ədəbi-elmi, bədii-publisistik, ictimai-siyasi fəaliyyətindən nəşət tapmışdır.

Anahtar Kelimeler: Ədəbi məclislər, Azərbaycan ədəbiyyatı, İstiqlal düşüncəsi, Dövrün ədəbi şəxsiyyətləri, Türkçülük ideyaları.

Abstract

At the beginning of 19. Century was started Renaissance movement which was against Russia's occupation policy began with the people resistance. Started from the second half of the centuryin Azerbaijan has been established its own unique, didn`t have any analogues both in East and West,having Azerbaijani "hosting the individualism in itself"the idea of independence in national Turkish thought was as the result of synthesis with European enlightenment and critical realityIslam-democracy movement on a Turkish-Europe was created.Azerbaijan didn`t choose any movements like Eastern radical Islamic acts of independence, Western nationalist atheist or revolusion way of Western cosmopolitan spirit to his idol in his own desire for independent statehood. But Azerbaijan chosed totally different way which clearly expresses its individuality, its originality both the intellectuals, human values which comes from literature, history and philosophy to the sphere of actual action in the sake of a state which aims to transform it into a driving force in society's life.Mirza Bala Mammadzade wrote in his article "The National Pact of Azerbaijan" (Azerbaijan Khartiyasi) about the unique service of this road passengers: "The summary of the National Pact of Azerbaijanwas the formation of the idea of independence and the huge and valuable roles of people from Vagif to Cavid, from Mirza Fatali to Uzeir, from "Ekinchi" and "Azerbaijan" to "Yeni Kafkasya". The development of the idea of independence in the XIX century, the overthrow of national identity and its focus on independent statehood were due to a number of serious events. The Azerbaijani language has occupied a significant place in the educational process, textbooks, fiction and new media models than Persian and Arabic. Another point is that the expansion of the network of literary councils formed from the second decade of the 19th century, which has a serious influence on the process of national self-determination and which became the center of resistance to the policies of racism and the christianization of tsarist, was not only the people who should have become the flagship public opinion, bringing together all the enlightened. For some reason, some of the authors who wrote about the formation of the idea of independence in the nineteenth century touched on the role of these literary councils in these processes, often offering them as classical spirits and conservatives far from social life. In fact, the idea of independence of the XIX century arose from the literary, scientific, artistic, publicist, social and political activities of people who appeared in these councils or worked in these councils.

Keywords :Literary assemblies, Azerbaijani literature, Idea of independence, Literary names of the period, Turkism thoughts.

© 2015 International Journal of Humanities and Education
Design G2